Mart 31, 2024 16:06 Asia/Baku
  • Qəzzədə Şifa xəstəxanası faciəsində 400 fələstinli şəhid olub

Fələstin hökumətinin Qəzzədəki informasiya mərkəzi şənbə gecəsi anklavın Şifa xəstəxanası hadisəsində 400-dən çox fələstinlinin sionist qüvvələr tərəfindən şəhid edildiyini bildirib.

Cinayətkar sionist ordusu Qəzzəədə Şifa xəstəxanasının ətrafındakı 1500 evə hücüm çəkərək bu yaşayış məskənlərini dağıdıb və yandırması nəticəsində 400-dən çox fələstinlini qətlə yetirib.

Fələstin hökumətinin Qəzzadakı informasiya mərkəzi beynəlxalq ictimaiyyətin bu cinayətlərə qarşı susqunluğunu pisləyərək, Amerika hökumətini və beynəlxalq ictimaiyyəti işğalçı ordunun törətdiyi soyqırıma göz yumduğuna görə məsuliyyət daşıdığını bildirib.

Digər tərəfdən Qəzzədə yerləşən Kamal Udvan xəstəxanasının direktoru bu mərkəzdə tibb işçilərinin çox çətin şəraitdə işlədiyini bildirib. O, yaralıların tibbi avadanlıqlara ehtiyacı olduğunu bildirərə xəstəxanada qan şöbəsinin olmadığını deyib.

Bundan əlavə Fələstin Qızıl Aypara Təşkilatının Qəzzə zolağındakı sözçüsü Nəbbal Fərsəx də bu zolaqda sağlamlıq vəziyyətinin pisləşdiyini bildirib.O, Qəzza sakinlərinin köçkün şəraitinin əhalinin sağlamlığına ciddi təhdid yaratdığını vurğulayıb.

شهادت ۴۰۰ فلسطینی در اطراف بیمارستان شفا در غزه

 

Teqlər