Livan Hizbullahı İsrailin taleyindən danışdı
Nəsrullah: Sionist rejim məhv olmaq ərəfəsindədir
Livan Hizbullahının baş katibi bəyan edib ki, sionist rejim məhv olmaq ərəfəsindədir
Seyid Həsən Nəsrullah Beynəlxalq Qüds Günü münasibəti ilə Müqavimət cəbhəsinin liderləri və simalarının iştirakı ilə videokonfrans şəklində keçirilən “Qüds tribunasında” deyib: “Fələstində və bölgədə baş verənlər azadlıq döyüşçülərinin fırtınasıdır və ümid edirik ki, bu, daha geniş yayılacaq və daha güclü olacaqdır”.
33 günlük müharibənin Yeni Yaxın Şərq planını və Böyük İsrail planını məğlubiyyətə uğratdığını bildirən Nəsrullah bu məsələyə aydınlıq gətirərək qeyd edib ki, Əl-Əqsa Tufanı əməliyyatı sionist rejimi süqut və məhv olmaq ərəfəsində qoyub və bu məsələnin əlamətləri zaman keçdikcə daha artıq aydınlaşacaq.