Apr 05, 2024 20:28 Asia/Baku
  • İsrail rejiminin Qəzzədəki məğlubiyyətinin nişanələri görünür

Livan Hizbullahının baş katibi Qüds günündəki çıxışında bildiribdir ki, İsrail rejiminin Qəzzədəki məğlubiyyətinin nişanələri görünür.

Seyid Həsən Nəsrullah deyib: Öz daxili problemlərinin həlli üçün Netanyahunun heç bir üfüqü yoxdur və onun beynəlxalq himayəni itirməsi, «Ələqsa Tufanı»nın nəticələrindən biridir.

Livan Hizbullahının baş katibi əlavə edib: İsrail rejiminin Livan, Yəmən və İraq da daxil olmaqla digər cəbhələri bağlamaqda aciz qalması, müqavimət cəbhəsi üçün bir nailiyyətdir. İşğalçılar şimalda, iqtisadiyyatda və Eylat şəhərində problemlərlə üzləşirlər və müharibə dayanarkən bunları başa düşəcəklər.

Seyid Həsən Nəsrullah vurğulayıb: Netanyahunun İran konsulluğuna qarşı hücumda yol verdiyi ağılsızlıq, bu döyüşdə qapını müqavimətin qələbəsinə açacaq.

 

Teqlər