Təl-Əvivin mərkəzində Netanyahuya qarşı etiraz aksiyası keçirilib
Bu gün sionist rejimin müharibə şurasının iclası ilə eyni zamanda sionist girovların ailələri və qəsəbə sakinləri Təl-Əvivin mərkəzində Netanyahunun siyasətlərinə qarşı etiraz aksiyası keçiriblər.
Sionist rejimin "Yediot Aharonot" qəzetinin məlumatına görə, sionist girovlarin ailələri və sionist qəsəbə sakinləri cümə axşamı sionist rejimin siyasi və hərbi qərargahlarının yerləşdiyi Təl-Əvivin mərkəzindəki "Kriyah" bölgəsində yenidən etiraz aksiyası keçiriblər.
Etirazçılar bu nümayişdə sionist rejim kabinetinin siyasətlərini tənqid atəşinə tutublar və Fələstin müqaviməti ilə əsirlərin mübadiləsinə dair razılaşmanın əldə edilməsini tələb ediblər.
Sionist girovların ailələri və sionist qəsəbə sakinləri Əl-Əqsa Tufanı əməliyyatı başlayandan bəri dəfələrlə Netanyahunun siyasətlərinə qarşı nümayişlər keçiriblər ki, polislə toqquşmalara və onlardan bir neçəsinin həbsinə səbəb olubdur. Onlar vurğulayiblar ki, sionist rejimin Nazirlər Kabineti Fələstin müqaviməti tərəfindən saxlanılan qohumlarının taleyinə əhəmiyyət vermir və bu məhbuslar kabinetin qərarlarında prioritet deyillər.