Yəmən ordusu ABŞ-ın 30 milyonluq PUA-sını vurdu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i410706-yəmən_ordusu_abŞ_ın_30_milyonluq_pua_sını_vurdu
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus MQ-9 Reaper pilotsuz təyyarəsi Yəməndə vurulub.
(last modified 2024-04-28T03:11:34+00:00 )
Apr 28, 2024 07:09 Asia/Baku
  • Yəmən ordusu ABŞ-ın 30 milyonluq PUA-sını vurdu

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus MQ-9 Reaper pilotsuz təyyarəsi Yəməndə vurulub.

Bu barədə Ameikanın “CBS Nyus” kanalı məlumat yayıb.

Vurulan pilotsuz təyyarəyə görə məsuliyyəti Yəmən hərbçilərinin öz üzərinə götürdüyü vurğulanır.

Kanal qeyd edib ki, noyabr ayından bəri Yəmən Ənsarullah Hərəkatı daha iki MQ-9-u vurub. Konqresin Tədqiqat Xidmətinə görə, hər bir dronun qiyməti təxminən 30 milyon dollardır.