Hizbullah İsrail ordusunun Miron bazasına 30 raket atıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i410714-hizbullah_İsrail_ordusunun_miron_bazasına_30_raket_atıb
Xəbər mənbələri sionist rejimin işğal olunmuş Fələstinin şimalındakı Əl-Cəlil bölgəsində yerləşən Miron bazasına Livandan 30 raket atıldığını bildiriblər.
(last modified 2024-04-28T10:16:59+00:00 )
Apr 28, 2024 14:06 Asia/Baku
  • Hizbullah İsrail ordusunun Miron bazasına 30 raket atıb

Xəbər mənbələri sionist rejimin işğal olunmuş Fələstinin şimalındakı Əl-Cəlil bölgəsində yerləşən Miron bazasına Livandan 30 raket atıldığını bildiriblər.

Bu məlumata əsasən, Livan Hizbullahının pilotsuz təyyarələri İsrail ordusunun 2 hərbi bazasına hücum edib, bundan əlavə Miron hərbi bazası Livanın cənubundan onlarla raketlə hücuma məruz qalıb.

Hizbullah bir bəyanatda bildirib ki, Livanın İslami müqavimət döyüşçüləri, Qəzzə xalqına və onların şücaətli və şərəfli müqavimətinə dəstək olaraq bu əməliyyatı həyata keçirib.