Qəsb olunmuş Fələstində Netanyahuya qarşı aksiya keçirilib
Qəsb olunmuş Fələstində Netanyahunun kənarlaşdırılmasına köklənmiş geniş nümayiş keçirilib.
Qəsb olunmuş Fələstində minlərlə nəfər sionist rejimin baş naziri Benyamin Netanyahuya qarşı aksiya keçirib, onun kənarlaşdırılmasını tələb edib.
Dünən axşam minlərlə nəfər Təl-Əviv, işğal olunmuş Qüds, Qeysəriyyə və Hayfada sionist rejimin baş naziri Benyamin Netanyahu əleyhinə aksiya keçirib.
Etirazçılar Netanyahunun və onun nazirlər kabinetinin kənarlaşdırılması, həmçinin Həmas-la əsirlər mübadiləsi razılaşmasının həyata keçriilməsini tələb ediblər.
Fələstin müqavimət qrupları ötən milad ili oktyabrın yeddisində Qəzzədən İsrail rejiminin mövqelərinə qarşı «Əl-Əqsa Tufanı» əməliyyatına başladılar və bu rejim «Əl-Əqsa Tufanı» hücumları və öz məğlubiyyətlərinin əvəzini çıxmaq, həmçinin müqavimətin əməliyyatını dayandırmaq üçün Amerikanın və bəzi Qərb ölkələrinin himayələri altında Qəzzə zolağı keçidlərini bağladı və hal-hazırda bu bölgəni vəhşicəsinə bombalamaqdadır.
Qəzzə zolağına qarşı nəticəsiz və nailiyyətsiz təcavüzündən yeddi aydan çox bir müddətin keçməsi fonunda sionist rejim hər gün daxili və xarici böhranlara daha artıq çökməkdədir.