May 31, 2024 14:39 Asia/Baku
  • Təl-Əviv öz pilotsuz təyyarəsini vurub

Sionist rejim ordusu cümə axşamı öz pilotsuz təyyarəsini səhvən vurduğunu açıqlayıb.

SəhərAzəri-nin məlumatına görə, sionist rejimin Dəmir Qübbə sistemi bu pilotsuz təyyarənin Hizbullaha aid olduğunu zənn edərək, onu Fələstinin şimal sərhədlərində hədəfə alıb. 

Yerli pilotsuz təyyarələrin vurulması məsələsi yeni deyil. Təxminən 3 həftə əvvəl İsrailin “Jerusalem Post” qəzeti ABŞ Dəniz Piyadaları Korpusunun komandirinə istinadən yazıb ki, İsrail ordusu HƏMAS və Livan Hizbullahı ilə qarşıdurmada istifadə etdiyi pilotsuz təyyarələrin təxminən yarısını səhvən vurub.

Fələstin İslami Cihad Hərəkatının hərbi qanadı olan Səraya Əl-Qüds də iki gün əvvəl (8 iyun) Qəzzə zolağının şimalında sionist rejimin kvadrokopterini vurub.

Bu kvadrokopter "Mavic Pro" tipindən olub ki, Qəzzə zolağının şimalındakı Cəbaliyya qaçqın düşərgəsinin səmasında hədəfə alınıb.

Müqavimət qrupları Qəzzə müharibəsi boyunca sionist rejimin canlı qüvvə, hərbi texnikası və hərbi vasitələrinə çoxlu ziyan vurublar və həmin məsələ Təl-Əviv ordusunun çaşqınlığına səbəb olub. 

Teqlər