İyun 05, 2024 17:17 Asia/Baku
  • Hizbullah İsraillə hərtərəfli müharibəyə hazırdır

Livan Hizbullahının baş katibinin müavini deyib: "Sionist rejimlə hərtərəfli və genişmiqyaslı müharibəyə hazırıq".

Livan Hizbullahının baş katibinin müavini Şeyx Nəim Qasim Əl-Cəzirə telekanalına bildirib ki, İsrail hərtərəfli müharibə aparmaq istəyirsə, Hizbullah buna hazırdır və İsrailin qələbə qazanmasına imkan verməyəcək. Əgər İsrail Livana qarşı müharibəni genişləndirmək üçün hərəkətə keçərsə, işğal olunmuş ərazilərdə dağıntı, xarabalıq və sionistlərin köçkünlüyü ilə üzləşəcək".

Nəim Qasim deyib: Son iki ay ərzində sionistlərlə müharibəni dayandırmaq üçün təhdidlər almışıq. amma bizim cavabımız bu olub ki, Livan cəbhəsi Qəzzə cəbhəsinə bağlıdır. 

Livan Hizbullahının baş katibinin müavini qeyd edib ki, İsrail rejimi ordusu ilə hazırkı döyüş növünü nəzərə alaraq, Hizbullah öz imkanlarının yalnız kiçik bir hissəsindən istifadə edib.

Şeyx Nəim Qasim ABŞ prezidenti Co Baydenin Qəzzə zolağında atəşkəs və əsirlərin mübadiləsi ilə bağlı təklif etdiyi plan haqda deyib: Baydenin sakitliklə bağlı təklifi etibarsızdır və seçki xarakteri daşıyır və İsrailin Qəzzəyə qarşı müharibəsini dayandırmaq üçün Amerikanın ciddi bir qərarının olmadığını göstərir.

Mayın 31-də ABŞ prezidenti Co Bayden iddia etdi ki, sionist rejim atəşkəsin bərqərar olması və məhbusların mübadiləsi üçün yeni bir təklif irəli sürüb və tərəflərdən bu fürsəti əldən verməməyi və bu təklif barədə razılığa gəlməyi istədi; Bu təklif Qəzzədə saxlanılan sionist əsirlərin fələstinli məhbuslarla dəyişdirilməsi və Qəzzənin yenidən qurulmasını ehtiva edir.

Teqlər