Hizbullah İsrail rejiminin mövqelərini 60-dan çox raketlə hədəfə alıb
Sionist Ordu Radiosu Livan Hizbullahının ötən gün işğal altındakı Fələstinə 60-dan çox raket atdığını elan edib.
SəhərAzəri-nin məlumatına əsasən,“Əl-Cəzirə”nin sionist ordu radiosunun verdiyi məlumata görə, İşğal olunmuş ərazilərin şimal cəbhəsində yanğın hələ də söndürülməyib və Livan Hizbullahı hələ də İsrail ordusunun (rejiminin) təxribatlarına sərt cavab verir.
Qeyd edək ki, bundan öncə ivritdilli medialar Hizbullahın raket hücumlarının nəticəsində İşğal atında olan Bəram bölgəsində baş verən yanğın nəzarət etmək üçün dörd yanğınsöndürmə qrupunun əraziyə cəlb edildiyi bildirilmişdi.
Ötən bir neçə ayda sionist rejimin Qəzzədə törətdiyi dəhşətli cinayətlər və bu bölgədə fələstinlilərə qarşı baş vermiş soyqırımına cavab olaraq Livan Hizbullahı Sionist şimal ərazisində yerləşmiş rejimin hərbi mövqeləri hədəfə alıb.
Hizbullahın apardığı bu əməliyyatlardan sonra indiyədək on minlərlə sionist Livan sərhədləri yaxınlığındakı yaşayış məntəqələrini tərk ediblər.