Hizbullah işğal altındakı Fələstinin şimalına raket zərbələri endirib
Livan Hizbullahı çərşənbə axşamı gecə işğal olunmuş Fələstinin şimalında sionist hərbçilərin qərargahına raket zərbəsi endirdiyini bildirib.
Əl-Cəzirənin məlumatına görə, Livan Hizbullahı Katyuşa raketləri ilə Beyt Hələl kazarmasını hədəf aldığını açıqlayıb.
Eyni zamanda sionist rejim mediası Livanın cənubundan işğal olunmuş Fələstinin şimalındakı Əsbə Əl-Cəlil bölgəsində Kiryat Şmona şəhəri və ətrafına doğru 10 raket atıldığını bildirib.
İvritdilli mənbələr işğal olunmuş Fələstinin şimalındakı Kiryat Şmona qəsəbəsi və ona bitişik ərazilərdə həyəcan sirenlərinin səsləndirildiyini açıqlayıb.
Livan Hizbullahı daha əvvəl bəyanat yayaraq, Livan sərhədində yerləşən sionist rejimin Əl-Minarə hərbi bazasını hədəf alındığını açıqlamışdı.
Oktyabrın 7-dən Əl-Əqsa tufanı əməliyyatı başlayandan indiyədək Hizbullah və bəzi Fələstin müqavimət qrupları Livanın cənubundan işğalçı qüvvələrin mövqelərini və işğal olunmuş Fələstinin şimalında sionist yaşayış məntəqələrini hədəfə alıblar.
Livan Hizbullahının bu əməliyyatlarda məqsədi sionist hərbçilərin böyük hissəsini Fələstinin şimalında məşğul etmək və Qəzzədəki müqavimətə təzyiqi azaltmaq olub.
Bu məsələ, işğal altındakı Fələstinin şimalının sionist qəsəbə sakinləri üçün təhlükəli olmasına və onların bu ərazilərdən qaçmasına səbəb olub. Ona görə də, bu ərazinin böyük bir hissəsi sakinlərdən boşaldılıb və Livan sərhəddinə yaxın qəsəbələrdə məskunlaşdırılmış sionistlər bildiriblər ki, hətta müharibə bitsə belə bu ərazilərə qayıtmayacaqlar".