İyul 20, 2024 12:25 Asia/Baku
  • Yəmənin PUA əməliyyatı İslam ümmətinin birliyinə işarədir

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) Yəmənin Təl-Əvivə qarşı PUA hücumunu yüksək qiymətləndirərək, bunu İslam ümmətinin birliyi, vəhdəti kimi dəyərləndirib.

HƏMAS-ın yaydığı bəyanatda deyilir: “Biz Yəmən Silahlı Qüvvələrinin sionist rejimin simvolu kimi Təl-Əviv şəhərini hədəfə alan və onu təhlükəli vəziyyətə salan unikal pilotsuz təyyarə əməliyyatını yüksək qiymətləndiririk. Ənsarullah hərəkatındakı və bütün müqavimət cəbhələrindəki qardaşlarımızın sionist rejimin mənafeyinə və dərinliyinə zərbə vurmaqda atdığı addımlar İslam ümməti və xalqlarının düşmənlə qarşıdurmada təbii haqqı və İslam ümmətinin birliyi və ortaq taleyinə vurğudur”.

Fələstinin İslami Müqavimət Hərəkatı qeyd edib ki, Fələstin xalqını bütün imkan və qüvvələrlə dəstəkləyən və onlara kömək edən Seyid Əbdülmalik əl-Husinin və əziz Yəmən xalqının mövqelərinə hörmətlə yanaşır.