Yəmən ordusu «Yafa» PUA-sının göndərilməsi anının filmini yayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i413041-yəmən_ordusu_yafa_pua_sının_göndərilməsi_anının_filmini_yayıb
Yəmən ordusu özünün uzaqmənzilli «Yafa» PUA-sının göndərilməsi anı barədə görüntülər yayıb. Həmin pilotsuz Təl-Əvivi hədəfə almışdı.
(last modified 2024-07-23T11:17:32+00:00 )
İyul 23, 2024 15:14 Asia/Baku

Yəmən ordusu özünün uzaqmənzilli «Yafa» PUA-sının göndərilməsi anı barədə görüntülər yayıb. Həmin pilotsuz Təl-Əvivi hədəfə almışdı.

Yəmən ordusu bu gün öncə verdiyi vəd əsasında cümə günü Təl-Əvivi hədəfə alan «Yafa» PUA-sının göndərilməsi anının filmini yayıb.

Yəmənlə işğal olunmuş Fələstin arasındakı məsafə, iki min kilometrdən çoxdur. Elə əvvəldə, sionistlər və hərbi ekspertlər bu pilotsuzun qabiliyyətinə və onun Yəməndən göndərilməsinə şübhə ilə yanaşmışdılar.

Yəmənlilərin pilotsuzunun qiyməti iyirmi min dollardan aşağı olsa da, bir neçə milyard dollarlıq əməliyyatla Yəməndə mülki məkanları hədəfə alan sionist rejimi çarəsiz qoyubdur.