Hizbullah komandirinin qisasını alacağını vəd etdi
Nəsrullah: Biz işğalçı rejimə cavab verəcəyik
Hizbullah lideri Seyid Həsən Nəsrullah xunta İsrail rejiminin keçən həftə hərbi komandirini öldürməsinə güclü və təsirli cavab verəcəyini vəd edib.
Livan Hizbullah Hərəkatının baş katibi vurğulayıb: “Liderlərimizə zərbə vurmaq bizim iradəmizi və davam etmək qərarımızı heç vaxt zəiflətməyəcək”.
Seyid Həsən Nəsrullahın bu hərəkatın böyük cihad komandirinin şəhadətinin 7-ci günü münasibətilə etdiyi çıxışında bildirib ki, düşmən ağıldan geri qaldığına görə təxribat xarakterli hərəkətdə Beyrutun cənub ətrafı üzərində səs səddini yarmağa cəhd edə bilər. Lakin hazırkı döyüşün mərkəzi meydanı Fələstin və Qəzzə zolağıdır, buna dəstək cəbhələri də əlavə olunur.
Onun sözlərinə görə, Netanyahu Qəzzə zolağında Fələstin müqavimətini diz çökdürmək və bu zolağa mütləq təhlükəsizlik nəzarətini ələ almaq istəyir. İşğalçı rejim həmçinin İordan çayının qərb sahilini bombalamaqla fələstinliləri İordaniyaya köçürməyə və bu ərazini Fələstin ərazisindən rəsmi olaraq işğal olunmuş ərazilərə birləşdirməyə çalışır. Halbuki, İordan çayının qərb sahilində anti-sionist əməliyyatlar genişlənib və işğal olunmuş ərazilərdən əks miqrasiya artmaqdadır. Bundan başqa, düşmən bütün sahələrdə çoxsaylı iqtisadi ziyanlara uğrayıb.
Hizbullah lideri sonra qeyd edib: “1967 və 1973-cü illərdə bölgənin ən güclü orduları ilə vuruşan İsrail rejimi bu gün İran və Hizbullahın cavabından son dərəcə qorxub və özünü müdafiə etmək üçün Qərb ölkələrinə sığınıb. İsrail radarları və Amerika peykləri İran və Hizbullahın cavabından qorxurlar. Biz işğalçı rejimə cavab verəcəyik və bu cavab güclü və təsirli olacaq. Bu gün işğal olunmuş ərazilərdəki bütün sionistlər müqavimətin cavabından son dərəcə qorxu içindədilər və bu gözləmə vəziyyəti döyüşün bir hissəsidir. Biz Livanda ölkəmizin və həmvətənlərimizin vəziyyətindən narahatıq, amma heç kim bizdən 10 ay əvvəlki kimi düşmənə güzəştə getməyimizi gözləyə bilməz. İşğal olunmuş ərazilərin şimalındakı sionist zavodlarını bir saat ərzində məhv edə bilərik. Bu ərazidə düşmənin imkan və obyektlərini məhv etmək üçün hətta cəmi yarım saat bəs edir”.