Şeyx Nəim Qasim: Cavab qətidir
Livan Hizbullahının baş katib müavini vurğulayıb ki, sionist rejimin cinayətlərinə cavab, bir qərardır və inşaallah, bu qərar icra olunacaq.
Livan Hizbullahının baş katib müavini Şeyx Nəim Qasim Əlminar telekanalının müxbiri ilə eksklüziv müsahibədə Amerikanın Livan məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokşteynin Beyruta səfəri barədə belə deyib: Hokşteynin Beyruta səfəri nümayişkaranə bir səfər idi. Bu səfərdə məqsəd belə bir iddianı bəyan etmək idi ki, guya Amerika Livan hadisələri qarşısında fəaliyyətə malikdir, amma bu səfər amerikalılar tərəfindən heç bir konkret həll yolu və təklifə malik deyildi. Onlar bu kimi səfər və addımlarla demək istəyirlər ki, fəaliyyət göstərirlər. Amma bu fəalilyyətlər indiyədək yanlış və tədbirsiz bir dövriyyədə olubdur.
Şeyx Nəim Qasim vurğulayıbdır ki, sionist rejimin cinayətlərinə cavab, bir qərardır və inşaallah, bu qərar icra olunacaq.
O, əlavə edib: Sionist düşmən üzərində otuzüçgünlük müharibə sayılan İki min altıncı il on dörd avqust qələbəsi yalnız tarixi bir hadisə və ya müstəsna bir dörv deyildi. Bu qələbə gələcəkquran bir seçim və qərar idi. Hazırda biz arxa cəbhədə Ələqsa Tufanı döyüşündə fəaliyyət göstəririk. Əminik ki, iki min altıncı il iyul təcavüzü ilə mübarizədə əldə olunan, İsrailin bütün hədəflərini uğursuzluğa çəkən və böyük ilahi qələbəni reallaşdıran nəticə bu döyüşdə də bütün canfəşanlıqlar, təmkinliliklər və müharibənin uzun sürməsi fonunda əldə ediləcək. Zira, hazırkı döyüş, daha sərt və daha şiddətlidir və bu döyüş, seçimlər döyüşüdür.
Şeyx Nəim Qasim əlavə edib: Biz aydın seçim sahibiyik. Biz azadetmə, istiqlaliyyət və izzət sahibiyik. Layiqli yaşayış fonunda/ bizim yolumuz/ işğalçılıq və təcavüzdən yüksəkdə durur. İşlər səbir tələb edir və inşaallah, biz səbir və səxavət əhliyik.