Avq 23, 2024 14:42 Asia/Baku
  • Livan Hizbullahı tarix yazır

İsrail Hərbi Hava Qüvvələrinin bazası atəşə tutuldu

İsrail Hərbi Hava Qüvvələrinin bazası Livan Hizbullah qüvvələri tərəfindən atəşə tutulub.

Bu məlumata əsasən, Livandan işğal olunmuş Fələstinin yəni İsrail adlanan ərazilərin şimalındakı Miron bölgəsinə atılan tank əleyhinə raketlər İsrail Hərbi Hava Qüvvələrinin nəzarət bazasına düşüb. Bundan əvvəl İsrailin şimalında hava hücumu sirenləri səslənib.

Məlumatda deyilir ki, tank əleyhinə raketlər Mirondakı aviasiya idarəetmə bazasını vurub.  

İsrail-Livan sərhədində vəziyyət 2023-cü ilin oktyabrında qaniçən rejimin Qəzzə zolağında hərbi əməliyyatlara başlamasından sonra pisləşib. İsrail ordusu və Livan Hizbullah döyüşçüləri hər gün sərhəddə yerləşən ərazilərdə bir-birinin mövqelərini atəşə tutur.

Hizbullah Qəzzə əhalisi ilə həmrəylik əlaməti olaraq sionistləri hədəfə aldığını vurğulayır.

 

Teqlər