Avq 26, 2024 15:42 Asia/Baku
  • Nəsrullah sionist rejimə qarşı həyata keçirilən əməliyyatı

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah bazar günü Hizbullahın çihadçı komandiri Fuad Şükürün terror edilməsinə cavab olaraq, həyata keçirilən geniş və uğurlu əməliyyatı “Ərbəin əməliyyatı” adlandırıb.

Avqustun 25-də Livan Hizbullahı bir bəyanat yayaraq, bildirib ki, bu hərəkatın yüksək səviyyəli cihadçı komandiri Fuad Şükürün terror edilməsinə cavab əməliyyatının birinci mərhələsi uğurla sona çatıb və Hizbullah mücahidləri düşmənin mövqelərinə 340 katyuşa raketi ataraq, eləcə də PUA hücumları həyata keçirərək, sionist rejimin hava hücumundan müdafiə sistemlərinin yayına biliblər və sionistlərin 11 bazasını və hərbi obyektini, eyni zamanda Təl-Əvivin şimalındakı iki mühüm mövqeyi hədəfə alıblar. 

Seyid Həsən Nəsrullah Livanın müqavimət qüvvələrinin uğurlu əməliyyatına münasibət bildirərkən etdiyi çıxışda bu hərəkatın yüksək səviyyəli cihadçı komandiri Fuad Şükürün terror edilməsinin və işğal olunmuş ərazilərə yüzlərlə atılan yüzlərlə raket və pilotsuz uçan aparatların təfərrüatını açıqlayıb. 

Livan Hizbullahının baş katibi deyib: "Biz Seyid Möhsünün terrorunun ilk günündən cavab verməyə hazır idik, lakin daha əvvəl dediyimiz kimi, cavabın gecikdirilməsi cəzanın bir hissəsidir. Digər amil isə, Qəzzədə atəşkəs danışıqları və sionistlərə necə cavab veriləcəyinə dair müqavimət mehvəri ilə məsləhətləşmələr idi. 

Seyid Həsən Nəsrullah, həmçinin bu əməliyyatı ilkin əməliyyat hesab edib və qeyd edib ki, Hizbullahın strateji və raket sistemləri hədəfə alınmayıb və sionist rejimin baş naziri Benyamin Netanyahunun bu xüsusda iddiaları ağ yalandır.

Livan Hizbullahının baş katibi həmçinin, yalnız, Ərbəin əməliyyatının uğurla həyata keçirilməsindən sonra iki raket buraxılış platformasının hədəf alındığını vurğulayıb və əlavə edib: "Sionist düşmənin heç bir məlumatı yox idi və düşmənin həyata keçirdiyi hava hücumları da önləyici tədbir deyil, təcavüz idi ki, müqavimət əməliyyatına heç bir təsiri olmadı və Hizbullah öz əməliyyatını planlaşdırdığı kimi həyata keçirdi.

Seyid Həsən Nəsrullah, pilotsuz uçuş aparatları öz hədəflərinə çatsın deyə, Dəmir Qübbə sistemini çaşdırmaq üçün atılan katyuşa raketlərinə işarə edərək, deyib: "Hizbullahın əsas hədəfi Təl-Əvivin yaxınlığında "Qlilot"dakı "Aman" hərbi kəşfiyyat bazası və "8200-cü bölmə" idi ki, uğurla həyata keçirildi. 

Teqlər