Sen 12, 2024 14:22 Asia/Baku
  • Pezeşkian: Terrorçular və qaçaqmalçılara qarşı əməkdaşlıqlar artacaq

İran İslam Respublikası prezidenti deyib: "İran və İraq arasında imzalanmış təhlükəsizlik sazişlərinin həyata keçirilməsi zəruridir ki, terrorçular və düşmənlərlə mübarizə apara bilək, hansı ki, keçmişdə regionun sabitliyi və təhlükəsizliyini hədəfə almışdılar".

İran prezidenti Məsud Pezeşkian çərşənbə günü Bağdadda İraqın baş naziri Məhəmməd Şia Əs-Sudani ilə birgə mətbuat konfransı zamanı deyib: "İraqın baş naziri ilə çox yaxşı müzakirələrimiz oldu. İlk xarici səfərimizdə dost və qardaş ölkə İraqa səfər çox yaxşı fürsət ioldu".

Pezeşkian qeyd edib: "Bağdad və Tehran arasında 14 əməkdaşlıq sazişi imzalandı ki, bu da ikitərəfli əlaqələrin genişləndirilməsi üçün başlanğıc nöqtədir".

O, əlavə edib: "İran və İraq Avropa ilə Asiya arasında birləşdirici nöqtə sayılırlar və iki tərəf bununla bağlı ekspertlər komitəsinin formalaşdırılması, həmçinin iki ölkə arasında daha çox əməkdaşlığa səbəb olacaq strateji və uzunmüddətli planları müzakirə ediblər".

Pezeşkian izah edib ki, keçmişdə regionun sabitliyi və təhlükəsizliyini hədəfə almaq istəyən errorçular və düşmənlərlə qarşılaşmaq üçün iki ölkə arasında imzalanmış təhlükəsizlik sahəsində əməkdaşlıq razılaşmalarının həyata keçirilməsi zəruridir". 

İran prezidenti İŞİD terrorizmi və qaçaqmalçılıqla mübarizə sahəsində əməkdaşlığın artacağını bildirərək, deyib: "Keçmiş razılaşmaların zəif tərəfləri müəyyən edildi və onların aradan qaldırılmasının vacibliyi vurğulandı".

İran prezidenti vurğulayıb: "Biz İraqın müstəqil, güclü və təhlükəsiz olmasını istəyirik, Biz bu ölkədə dostluq və qardaşlıq mühitinin, eləcə də firavanlığın hökm sürməsini istəyirik". 

Prezident Pezeşkian söhbətlərinin başqa bir hissəsində reginda baş verən hadisələrə işarə edib və deyib: "Soyqırım törədən qatil sionist rejimin və bu rejimi dəstəkləyən, eyni zamanda insan haqları iddiasında olan hökumətlərin əsl siması bəlli olub. Qəzzədə qətliamlar Amerika və Qərb silahlarından istifadə etməklə həyata keçirilir. Sionist rejimin Qəzzə zolağındakı cinayətləri Qərb ölkələri və beynəlxalq təşkilatların insan haqları ilə bağlı iddialarının yalan olduğunu ortaya qoyur".

İraqın baş naziri də öz növbəsində bu mətbuat konfransında Cənab Pezeşkiana yeni vəzifəsində uğurlar arzu edərək, İraq və İran arasındakı münasibətləri tarixi, güclü və qədim münasibətlər kimi xarakterizə edib.

Əs-Sudani deyib: "İran və İraqın qonşu olması iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün bir yola çevrilə bilər".

O, əlavə edib: Üç Meysan, Cizan və Bəsrə vilayətlərində işə salınmış sərhəd sənaye zonaları böyük əhəmiyyətə malikdir. Necə ki, Zurbatiyahda onun üçün 2000 dunam sahə ayırdığımız iqtisadi şəhər də çox əhəmiyyətlidir". 

Əs-Sudani qeyd edib edib ki, İran şirkətlərinin işi müzakirə edilib, xüsusən də onlar daha əvvəl infrastruktur sahəsində mühüm layihələr həyata keçirmiş səmərəli və mühüm şirkətlərdir. Bu şirkətlərin sayı nə qədər artarsa, regional sabitlik səviyyəsinə müsbət təsir göstərəcək".

Əs-Sudani daha sonra deyib: "Türkmənistan və İraq arasında qaz mübadiləsi sazişinin əldə edilməsində rolu və töhfələrinə görə iranlı qardaşlarımıza təşəkkür edirik".

İraqın baş naziri sionistlərin Qəzzəyə qarşı soyqırım əməliyyatları ilə bağlı deyib: "Bu təcavüz və onun davamı ilə bağlı ümumi mövqelərimiz aydın və möhkəmdir. Biz dəfələrlə münaqişənin genişləndirilməsinin və dövlətlərin suverenliyinin pozulmasının əleyhinə olduğumuzu bəyan etmişik. Beynəlxalq ictimaiyyət öz hüquqi və mənəvi vəzifələrini yerinə yetirməlidir". 

Əs-Sudani sonda qeyd edib ki, heç bir tərəfin xüsusilə də İraq ərazisindən İrana qarşı təcavüz, silahlı hərəkət və ya təhdid törətməsinə imkan verilməməlidir. 

 

Teqlər