Bəşər Əsəd:”Şəhid Nəsrullah Suriya xalqının xatirələrində yaşayacaq”
“Müqavimət, komandirinin şəhadəti ilə zəifləməyəcək, əksinə, qəlblərdə və düşüncələrdə əbədi və möhkəm olaraq qalacaq”
Bunu Suriya prezidenti Livan İslam müqavimətinə və şəhid Seyid Həsən Nəsrullahın ailəsinə müraciətində deyib.
“Rəhbərlərin şəhadəti ilə müqavimət güclü və iqtidarlı yoluna davam edəcəkdir” deyə mütaciətində vurğulayan Bəşər Əsəd bunun səbəbini böyük liderlərin sağlığında mübarizə və müqavimət məktəbinin qurmasında və onların başlatdığı hərəkatlarında müqavimət ideyasını gələcək nəsillərə şərəf və izzət yolunda miras qoymasında olduğunu deyib.
“Müqavimət rəhbərlərinin “ölüm anında” ibrət və nəticələr var. Onlar aramızda müvəqqəti bir vaxtda olmaqla öz şəhadətləri ilə əbədiyyətə qədər vicdanımızı dirildirlər. Onlar gələcək nəsillər üçün mübarizə və dirəniş simvoluna çevrilirlər”-deyə Suriya prezidenti bildirib.
Bəşər Əsəd qeyd edib ki, mesajım müqavimət liderinin şəhadəti üçün başsağlığı vermək və sizə təsəlli, qəlbinizə aramlıq gətirmək üçün deyil. Çünki siz neçə onilliklər ərzində var gücünüzlə, iqitidarınız və əzmkarlığınızla ən böyük bəlalardan keçə bildiniz.
Suriya prezidenti daha sonra müqavimətçi xalqa xatırladıb ki, sizlər mübarizlik və mətanət məktəbini qurdunuz, haqqınızı müdafiə etmək üçün misli görünməmiş əzmkarlıq və güc nümayiş etdirdiniz. Sizlər ammallarn müdafiəsi uğrunda pak və qiymətli qanınızı qurban verdiniz.
O, müqaviməti düşüncə və ideya, Şəhid Seyid Həsən Nəsrullahın isə onun tarixi olduğunu vurğulayaraq qeyd edib ki, Şəhid Seyid Həsən tarixdə təkcə əfsanə deyil. Əslində, o, millətin şərəf və ləyaqətini əməl meydanında təzahür etdirən bir məktəbin rəmzidir.
“Şəhid Seyid Həsən Nəsrullahın adı hər zaman Suriya xalqının müqavimət məktəbinə sədaqətinin əsası və istiqaməti olacağını deyib.