Okt 09, 2024 14:40 Asia/Baku
  • Suriya İsrailin Dəməşqə hücumunu pisləyib

Suriya Xarici İşlər Nazirliyi sionist rejimin Dəməşqdə yaşayış binasına hava hücumunu kəskin qınayıb.

Suriyanın rəsmi xəbər agentliyi "SANA"nın məlumatına görə, Suriyanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Beynəlxalq hüququ pozmaq və vəhşi təcavüzünün miqyasını region ölkələrinə və xalqlarına qarşı genişləndirmək əzmində olan işğalçı İsrail rejimi şərşənbə axşamı gecə saatlarında işğal olunmuş Colan istiqamətindən Dəməşqin sıx məskunlaşdığı Əl-Məzzə məhəlləsindəki yaşayış binalarından birinə qarşı üç raketlə hava hücumu həyata keçirib ki, bu hücum, ilkin məlumata əsasən, aralarında uşaq və qadınların da olduğu 7 mülki şəxsin şəhid olmasına və daha 11 nəfərin yaralanmasına səbəb olub, bundan əlavə ətrafdakı şəxsi mülklərə əhəmiyyətli maddi ziyan vurub". 

Bəyanatın davamında əlavə olunub: "Suriya bu qəsbkar rejimin Fələstin və Livan xalqına qarşı törətdiyi soyqırım cinayətlərinin davamı olan müdafiəsiz mülki əhaliyə qarşı bu qəddar cinayəti kəskin şəkildə pisləyir və onun regionu fəlakətli nəticələrə gətirib çıxaracaq, müharibəyə süqrükləmək, günahsız insanların qanını tökmək və bölgədə dağıntı və xaos yaymağa əsaslanan cinayətkar yanaşmasının davam etməsinin qarşısını almaq üçün təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayır ". 

Qeyd edək ki, şərşənbə axşamı saat 20:15 radələrində sionist rejim ordusu Suriyanın işğal altındakı Colan təpələri istiqamətindən üç raketlə Dəməşqin sıx məskunlaşdığı Əl-Məzzə məhəlləsindəki yaşayış və ticarət binasını hədəfə alaraq, hava hücumu təşkil edib. nəticədə ilkin olaraq, aralarında qadın və uşaqların da olduğu 7 mülki vətəndaşın həyatına son qoyub, daha 11 nəfər yaralanıb və ətrafdakı şəxsi əmlaka külli miqdarda maddi ziyan dəyib.

Teqlər