İranın xarici işlər naziri Dohada qətərli həmkarı ilə görüşüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i415222-İranın_xarici_işlər_naziri_dohada_qətərli_həmkarı_ilə_görüşüb
İran Xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün Dohada Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Ali Sani ilə görüşüb.
(last modified 2024-10-10T07:52:56+00:00 )
Okt 10, 2024 10:46 Asia/Baku
  • İranın xarici işlər naziri Dohada qətərli həmkarı ilə görüşüb

İran Xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün Dohada Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Ali Sani ilə görüşüb.

Əraqçi regional turu çərçivəsində dünən, çərşənbə günü axşam saatlarında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddan Qətərə gedib.

Xarici işlər naziri Ər-Riyadda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanla ayrı-ayrılıqda görüşüb.

Əraqçi bildirib ki, bu regional səfər zamanı danışıqlarında əsas diqqət Qəzzə və Livandakı vəziyyətlə bağlı son hadisələri müzakirə etmək və sionist rejimin cinayətlərinin qarşısını almaq üçün səy göstərməkdir.