Okt 12, 2024 12:48 Asia/Baku
  • Müqavimət qüvvələrinin PUA hücumu Təl-Əvivin şimalını qaranlığa bürüyüb

Müqavimət qüvvələrinin dünən Hertsliya bölgəsinə qarşı PUA hücumu Təl-Əvivin şimalının elektrikini kəsibdir.

Sionist mənbələr Təl-Əvivə tərəf buraxılan PUA-nın bu şəhərin şimalında yerləşən Hertsliya bölgəsindəki bir binaya dəydiyini bildiriblər.

Sionist rejimin on ikinci telekanalı təsdiq edibdir ki, Hertsliyanın elektriki/ həyəcan siqnalının səsləndirilməsi və pilotsuz uçuş aparatının daxil olmasından sonra kəsilibdir.

Sionist «Yediot Aharnot» qəzeti də Təl-Əviv bölgəsində güclü partlayış səsinin eşidildiyini bildirib.

Sionist rejim ordusu qeyd edibdir ki, iki PUA Livandan atılıb və müdafiə sistemləri onlardan birinin izinə düşüblər.

 

Teqlər