Sionist rejimin durdurulmasının vaxtı gəlib çatıb
Təl-Əviv beynəlxalq nizam və qurumlara meydan oxuyur – TƏHLİL
Sionist İsrail rejiminin Fələstin və Livandakı təcavüzkar əməlləri və onun regionda terror təhdidlərini davam etdirməsi beynəlxalq hüquq və nizama qarşı üsyan kimi qiymətləndirilir.
Beynəlxalq humanitar hüququn məlum qanunlarına əsasən xəstəxana və tibb mərkəzlərinə hücumlar qadağan edilib, lakin işğalçı rejim son zamanlar bu qanunları ayaq altına ataraq Qəzzə, Livan və Suriyadakı xəstəxanaları, tibb və yardım mərkəzlərini bombalamaqla beynəlxalq normalara qarşı üsyanını şiddətləndiribdir. Məhz bunun nəticəsində sionist rejim ilə Birləşmiş Millətlər Təşkilatı arasında münasibətlər 2023-cü il oktyabrın 7-dən bəri görünməmiş şəkildə pisləşib. Konkret olaraq sionist rejim BMT-nin UNRWA kimi tanınan Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyini hədəfə alıb və BMT-nin qurumlarına və yüksək rütbəli rəsmilərinə qarşı qəzəbini daha da artırıb, hətta bu təşkilatın baş katibini arzu olunmamış şəxs elan edib.
BMT-nin baş katibi Antonio Quterreş öz çıxışında demişdi: “7 oktyabr hücumu boşluqda baş vermədi və Fələstin xalqı 56 ildir işğal və boğulma altındadır”.
Onun bu fikirləri qəsbkar rejimi hiddətləndirib və sionistlər Quterreşin istefasını tələb ediblər.
Belə bir şəraitdə beynəlxalq birlik şıltaq rejimi durdurmaq və ona yerini göstərmək üçün indi hər zamandan artıq özündən qətiyyət göstərməlidir, əks-təqdirdə qanunsuzluq dünyanın digər yerlərinə də sirayət edəcəkdir.
Yeri gəlmişkən bildirək ki, sionistlərin özlərini bu dərəcədə dikbaş aparmalarının səbəbkarı ABŞ-dır və həmin bu dövlət İsrailin cinayətlərini pərdələməklə onun soyqırımı törətməsinə şərait yaradır.