Livanda şəhidlərin sayı 2255-ə yüksəlib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i415311-livanda_şəhidlərin_sayı_2255_ə_yüksəlib
Livan səhiyyə nazirliyi bildiribdir ki, qəsbkar sionist rejimin ötən ilin oktyabrın səkkizində bu ölkəyə qarşı başlanan hücumlarından bəri 2255 nəfər şəhid olub.
(last modified 2024-10-13T11:19:34+00:00 )
Okt 13, 2024 09:18 Asia/Baku
  • Livanda şəhidlərin sayı 2255-ə yüksəlib

Livan səhiyyə nazirliyi bildiribdir ki, qəsbkar sionist rejimin ötən ilin oktyabrın səkkizində bu ölkəyə qarşı başlanan hücumlarından bəri 2255 nəfər şəhid olub.

Nazirlik qeyd edibdir ki, sionist rejimin dünən Lİvana qarşı hücumlarında 26 nəfər şəhid olub, 144 nəfər isə yaralanıbdır.

Bu şəxslərin şəhid olmaları ilə, şəhidlərin sayı 2255, yaralıların miqdarı isə on min 524 nəfərə yüksəlib.

Livanın cənubunda yerləşən Əlminar telekanalının müxbiri də xəbər veribdir ki, İsrail rejiminin Livanın cənubuna, xüsusən «İqlim-əl-Fəttah» bölgəsinə qarşı ardıcıl hücum və təcavüzləri davam etməkdədir.