Noy 11, 2024 19:01 Asia/Baku
  • İsrail ordusu Livan sərhədində irəliləyə bilmir

Livan Hizbullah Hərəkatının media sözçüsü bu hərəkatın raket ehtiyatlarının hələ tam qaldığını və raketlərin Hayfa və Təl-Əvivdəki hədəflərə bundan sonra da zərbə endirəcəyini bəyan edib.

Məhəmməd Əfif deyib: “Sionist düşmən 45 günlük döyüşlər ərzində Livanın cənubunda bir kəndi də işğal edə bilməyib”.

O bildirib ki, sionist rejimin müharibə nazirinin iddialarının əksinə olaraq Livan Hizbullahının raket ehtiyatlarının tamdır və bu hərəkat ilk dəfə Fatih raketlərindən istifadə edib.

Hizbullah sözçüsü vurğulayıb: “Biz hər gün sionist rejimi hədəfə alacağıq və bütün cəbhələrdə tam hazırıq”.

Əfif həmçinin Fələstinlə beynəlxalq həmrəyliyin artmasına işarə edib, müxtəlif ölkələrdə, o cümlədən Hollandiyada keçirilən xalq nümayişlərini təqdir edib.

Hizbullahın mətbuat katibi qeyd edib ki, müqavimət döyüşçüləri öz təşəbbüsləri ilə sionist düşməni təəccübləndiriblər.

 

 

Teqlər