Qəzzəda dünəndən bu günə qədər 64 fələstinli şəhid oldu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i416035-qəzzəda_dünəndən_bu_günə_qədər_64_fələstinli_şəhid_oldu
Əl-Cəzirə telekanalı son bir gün ərzində İsrail ordusunun 64 fələstinlini şəhid etdiyini bildirib.
(last modified 2024-11-13T08:48:53+00:00 )
Noy 13, 2024 12:47 Asia/Baku
  • Qəzzəda dünəndən bu günə qədər 64 fələstinli şəhid oldu

Əl-Cəzirə telekanalı son bir gün ərzində İsrail ordusunun 64 fələstinlini şəhid etdiyini bildirib.

Əl-Cəzirə məlumat yayıb:

“Sutka ərzində işğalçı sionistlərin Qəzzə zolağına vəhşicəsinə hücumları nəticəsində 64 fələstinli şəhid olub. Qəzzə zolağının mərkəzində yerləşən “Deyr əl-Bələh”də qaçqınların çadırlarının bombalanması nəticəsində də 2 nəfər şəhid olub, 1 nəfər isə yaralanıb.”

Əl-Mayadin də bu barədə reportaj hazırlayaraq bildirib ki, işğalçıların hərbi gəmiləri Qəzzə zolağının mərkəzində yerləşən Əl-Nusirat düşərgəsinin qərbinə atəş açıb.