Noy 14, 2024 12:24 Asia/Baku
  • İslami Müqavimət sionist rejimi vahiməyə salıb

Livan Hizbullahının PUA-sı Təl-Əvivdə sionist rejimin müharibə nazirliyinin qərargahını vurub.

Bu məlumata əsasən, Livan Hizbullahı hazırkı müharibə zamanı ilk dəfə olaraq Təl-Əvivdə sionist rejimin müharibə nazirliyinin qərargahına pilotsuz təyyarə ilə hücum etdiyini açıqlayıb.

Livan Hizbullah Hərəkatı yaydığı bəyanatda bildirib: “Qəzzə zolağında mətanətli Fələstin xalqına, onların cəsur və şərəfli müqavimətinə dəstək olaraq, Xeybər əməliyyatları çərçivəsində və Ləbbeyk ya Nəsrullah nidası ilə ötən gün saat 15:30-da xüsusi silahlı pilotsuz uçuş aparatları ilə Təl-Əvivdəki Əl-Kəryah bazasına ilk dəfə hava hücumu həyata keçirdi və pilotsuz təyyarələr hədəflərini dəqiqliklə vurdu”.

Livan Hizbullahının bəyanatına görə, Əl-Kəryah bazası sionist rejimin müharibə nazirliyi, ordunun baş qərargahının, müharibə idarəsi və müharibəyə nəzarət idarəsinin qərargahıdır.

Məlumata görə, Livan sərhədindən 55 km aralıda yerləşən Afula şəhərindəki Amus logistika bazasına da PUA hücumu edilib.

Hizbullah başqa bir bəyanatda Hunin kazarmasındakı Ramim batalyonunun qərargahını ikinci dəfə atəşə tutduğunu açıqlayıb.

 

Teqlər