Noy 20, 2024 11:36 Asia/Baku
  • Hizbullah İsrailin hərbi-kəşfiyyat qərargahına zərbə endirdi

Livan Hizbullahının silahlı dəstələri Təl-Əvivin yaxınlığında yerləşən Qlilot hərbi kəşfiyyat bazasına raket zərbəsi endirib.

Bu barədə hərəkatın Teleqram kanalında məlumat yayılıb. Bildirilir ki, Müqavimət qüvvələri Təl-Əvivin kənarında, Livan-Fələstin sərhədindən 110 km məsafədə yerləşən Qlilot bazasını yüksək dəqiqlikli raketlərlə atəşə tutublar.

Hücumun nəticələri barədə informasiya verilmir.

Hizbullahın bəyanatında bu əməliyyatın Qəzzə zolağında müqavimət göstərən Fələstin xalqının müdafiəsi və onun cəsur və şərəfli müqaviməti, Livan xalqının müdafiəsi istiqamətində həyata keçirildiyi qeyd olunub.

Hizbullah həmçinin elan edib ki, Marun ər-Rəsin şimalında sionist əsgərlərin yerləşdiyi binanı idarə olunan raketlə hədəfə alıb.

Sionist rejimin rəsmi mənbələri bu günədək Cənubi Livanda onlarla sionistin məhv olduğunu və 1000-dən çox sionist əsgərin yaralandığını etiraf edirlər.