Əksər sionistlər hesab edir ki, İsrail rejimi Hizbullahı məğlub edə bilməyib
Livan cəbhəsində atəşkəsin qüvvəyə minməsi ilə eyni zamanda işğal olunmuş Fələstin ərazilərində aparılan ən son rəy sorğusunun nəticəsi göstərir ki, sionistlərin böyük əksəriyyəti İsrail rejiminin müharibədə Livanın Hizbullahını məğlub edə bilmədiyini etiraf edib.
Sionist rejimin Kanal 13 televiziya kanalının keçirdiyi sorğu göstərib ki, respondentlərin 60,8 faizi sionist rejimin Livan Hizbullahına qarşı müharibədə qələbə qazana bilmədiyinə inanır.
Rəy sorğusuna əsasən, sionistlərin təxminən 44 faizi Livanda müharibəyə son qoyulmasının tərəfdarı olduğunu bildirib. 37 faiz isə atəıkəsə qarşı çıxıblar.
Çərşənbə axşamı sionist rejimin baş naziri Benyamin Netanyahu verdiyi açıqlamada müharibədə böyük nailiyyətlər əldə etdiyini, Hizbullaha ağır zərbələr vurduğunu, HƏMAS-ın tamamilə məhv edilməsi və Yaxın Şərqin simasını dəyişdirmək üçün səylərini davam etdirdiyini bildirib.
Bu açıqlamalar sionist rejimin başçıları və siyasətçiləri tərəfindən tənqid edilib.
Bununla bağlı keçmişdə rejimin xarici işlər naziri və eyni zamanda müharibə naziri vəzifələrində çalışmış Aviqdor Liberman yazıb: Netanyahu yekun və mütləq qələbədən danışdı, lakin o, hansı tərəfin qalib gəldiyini açıqlamadı; Atəşkəs Hizbullaha təslim olmaq deməkdir.
Sionist rejimin İşçi Partiyasının lideri, Knesset üzvü Mirav Mixaili də vurğulayıb ki, Netanyahunun sözləri çoxdur, amma sonda 101 israilli əsir hələ də Qəzzədədir və yaxşı razılaşma əsirlərin geri qaytarılması ilə nəticələnən razılaşmadır.
Həmçinin, Miretz partiyasının keçmiş lideri Zahava Qaleon bəyan edib ki, Netanyahu deyir ki, biz Yaxın Şərqin simasını dəyişəcəyik, lakin o, Qəzzə tunellərində 101 israilli əsiri tək qoyub. Bu, həqiqətən necə mümkün ola bilər?!
Həmçinin sionist rejim müxalifətinin lideri Yair Lapid bildirib ki, sionist rejim tarixində ən böyük faciə Netanyahunun baş nazirliyi dövründə baş verib və Hizbullahla razılaşma bu rüsvayçılığı heç vaxt silməyəcək.
Sionist rejimin keçmiş baş naziri Neftali Bennett də Hizbullah ilə atəşkəs razılaşmasını sərt tənqid edərək, bu razılaşmanın Hizbullahın İsrailə hücumunun qarşısını ala bilməyəcəyini bildirərək, bunu “tam diplomatik-təhlükəsizlik məğlubiyyəti” kimi qiymətləndirib.
O bildirib ki, Hizbullah hələ də on minlərlə raket anbarına malikdir və silah istehsal edib silahlarını yeniləyə bilər.
Sionist rejimin daxili təhlükəsizlik naziri Ben Qvir də atəşkəs rejimini “tarixi səhv” adlandırıb və deyib: ""İsrail"in şimalındakı sakinlərin sağ-salamat öz evlərinə qayıtması ifadəsi reallaşmayacaq".
Sionist rejimin Kanal 12 telekanalı da Livanla razılaşma ilə bağlı sorğunun nəticələrinə istinad edərək elan edib: Sionistlərin 69 faizi "İsrail"in Hizbullahla müharibədə qalib gəlmədiyinə inanmır.