Noy 29, 2024 11:02 Asia/Baku
  • Suriyanın terrorçuları qarşı əməliyyatları barədə son xəbərlər

Əl-Məyadin Suriya ordusunun Hələbdə 20-dən çox kəndi ələ keçirmiş “Cəbhət ən-Nüsrə” terrorçularına qarşı geniş əməliyyata başladığını açıqlayıb.

  Son iki gündə gözlənilməz əməliyyatda terrorçular Dəməşqin 360 kilometrliyində Suriya hökuməti və ordusunun mövqelərini ələ keçiriblər.Suriya qüvvələri artıq Əl-Bakum şəhərini azad edib.

Dəməşq və Hələbi birləşdirən "M-5" avtomobil yolu terror hücumu təhlükəsi səbəbindən bağlanıb.Rusiyanın Tass xəbər agentliyi də “Cəbhət ən-Nüsrə” və müttəfiq qrupların terrorçularının Hələbə təhlükəli şəkildə yaxınlaşaraq şəhərdən 7-10 kilometr aralıda mövqelər tutduqlarını bildirib.

Suriya ordusunun qüvvələri cəbhə xəttinin bir neçə hissəsində düşmənin irəliləyişinin qarşısını ala bilib.Hərbi mənbələr “Əl-Vətən” qəzetinə də bildiriblər ki, Suriya artilleriyası Hələb və İdlib vilayəti yaxınlığında düşmənin təchizat xətlərinə zərbələr endirib.

Teqlər