Təhrir əş-Şamın başçısı rəsmən sahiblərinin siyasətini yeridir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i416876-təhrir_əş_Şamın_başçısı_rəsmən_sahiblərinin_siyasətini_yeridir
Culani: "Biz İsraillə normal münasibətlər istəyirik. Nə qədər ki, biz burdayıq, Suriyada Hizbullah və İran olmayacaq"
(last modified 2024-12-16T03:19:12+00:00 )
Dek 16, 2024 07:16 Asia/Baku
  •  Təhrir əş-Şamın başçısı rəsmən sahiblərinin siyasətini yeridir

Culani: "Biz İsraillə normal münasibətlər istəyirik. Nə qədər ki, biz burdayıq, Suriyada Hizbullah və İran olmayacaq"

Təhrir əş-Şamın başçısı deyib: "Biz İsraillə normal münasibətlər istəyirik, amma əgər İsrail Suriyanın beynəlxalq səviyyədə tanınan ərazilərindən biri olan Qolan təpələrini işğal etsə və ən əsası Suriya ilə İsrail arasında razılaşmanı pozub bufer zonasını ələ keçirsə, deməli, bu dostluq anlamında deyil.

 Bundan əvvəl İsrail Hizbullah və İranı bəhanə edərək Suriyadakı mövcudluğuna haqq qazandırırdı, amma indi nə Hizbullah var, nə də İran və biz olduğumuz biz vaxtda da onlar olmayacaq. Ona görə də İsrail bu bəhanədən əl çəkməli və Suriyanın işğalına son qoymalıdır.