Sionist rejim hərbçiləri Nur-əl-Şəms düşərgəsinə hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i418266-sionist_rejim_hərbçiləri_nur_əl_Şəms_düşərgəsinə_hücum_ediblər
Fələstin mediaları sionist rejim ordusunun hərbçiləri ilə toqquşmadan və bu ordunun qərb sahilində yerləşən Nur-əl-Şəms düşərgəsinə qarşı geniş hücumu zamanı Beyt-Ləhmdə otuz bir fələstinlinin yaralanmasından xəbər veriblər.
(last modified 2025-02-09T05:43:17+00:00 )
Fev 09, 2025 09:42 Asia/Baku
  • Sionist rejim hərbçiləri Nur-əl-Şəms düşərgəsinə hücum ediblər

Fələstin mediaları sionist rejim ordusunun hərbçiləri ilə toqquşmadan və bu ordunun qərb sahilində yerləşən Nur-əl-Şəms düşərgəsinə qarşı geniş hücumu zamanı Beyt-Ləhmdə otuz bir fələstinlinin yaralanmasından xəbər veriblər.

Sionist rejim hərbçiləri dünən gecə qərb sahilində yerləşən Beyt-Ləhmə hücum zamanı fələstinli gənclərlə toqquşublar. Nəticədə otuz bir fələstinli yaralanıb.

«Fələstin Əlyəum» telekanalı da Tulkərmin şərqində yerləşən Nur-əl-Şəms düşərgəsinin sionist rejim ordusunun hərbçiləri tərəfindən mühasirə olunduğunu və sionistlərin həmin bölgəyə köməkçi qüvvələr göndərdiklərini bildirib.

Sionist rejim hərbçilərinin qərb sahilinin müxtəlif bölgələrinə qarşı hücumları dünən gecə də davam edib- deyən «Fələstin Əlyəum» qeyd edibdir ki: Müqavimətin Tubasda və Nur-əl-Şəms düşərgəsinin ətrafında sionist qəsbkarlarla ardıcıl döyüşləri davam edir.