Suriyada xaos davam edir: Üsyançılar daha 11 nəfəri qətlə yetiriblər.
https://azeri.sahartv.ir/news/qərbi_asia-i418305-suriyada_xaos_davam_edir_Üsyançılar_daha_11_nəfəri_qətlə_yetiriblər.
Bəşər Əsəd hökumətinin süqutundan və üsyançıların Dəməşq üzərində hökmranlığından 63 gün keçməsinə və həmçinin, Əhməd Colaninin bütün qrupların hüquqlarının qorunub saxlanması ilə bağlı vədinə baxmayaraq, üsyançı ünsürlər hələ də təqiblərə davam edir.
(last modified 2025-02-11T11:01:40+00:00 )
Fev 11, 2025 15:00 Asia/Baku
  • Suriyada xaos davam edir: Üsyançılar daha 11 nəfəri qətlə yetiriblər.

Bəşər Əsəd hökumətinin süqutundan və üsyançıların Dəməşq üzərində hökmranlığından 63 gün keçməsinə və həmçinin, Əhməd Colaninin bütün qrupların hüquqlarının qorunub saxlanması ilə bağlı vədinə baxmayaraq, üsyançı ünsürlər hələ də təqiblərə davam edir.

Suriya İnsan Haqları Müşahidəçiləri təşkilatının məlumatına görə, dünən Suriya üçün qanlı gün olub. Belə ki, meydan edamları, adam oğurluğu, mina partlayışları və müxtəlif münaqişələr zamanı 34 nəfər həyatını itirib.