Səudiyyə Ərəbistanı:
İsrail bölgənin təhlükəsizliyini sarsıdır
Fev 27, 2025 18:27 Asia/Baku
Səudiyyə Ərəbistanı xarici işlər nazirliyi bəyanat yayaraq, sionist rejimin Suriyanın müxtəlif bölgələrinə təcavüzlərini pisləyib və bu təcavüzlərin Suriyanın təhlükəsizliyi və sabitliyini sarsıtmaq məqsədi daşıdığını vurğulayıb.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi qeyd edib ki, işğalçı sionist qüvvələrinin Suriya Ərəb Respublikasının bir neçə bölgəsinə təcavüzləri və bu ölkənin təhlükəsizlik və sabitliyini pozmaq cəhdləri, mövcud beynəlxalq sazişlərin və qanunların dəfələrlə pozulması deməkdir.