Fev 28, 2025 18:11 Asia/Baku
  • Suriyalı kürdlər Öcalanın silahı yerə qoyma əmrinə tabe olmadılar

Suriyalı kürd döyüşçülərinin "Abdullah Öcalan"ın PKK-nın ləğv edilməsi ilə bağlı bəyanatına ilk reaksiyasında, onlar silahlarını yerə qoymayacaqlarını bildiriblər.

Digər tərəfdən, İraqın kürd partiyaları, o cümlədən Kürdüstan Yurdsevərlər İttifaqı, İraq Kürdüstan Demokratik Partiyası və Kürdüstan bölgəsinin rəhbəri, PKK liderinin bu yarı hərbi qrup ünsürlərini silahsızlandırma və ləğv etmə çağırışını müsbət qarşılayıblar.