Fev 28, 2025 18:15 Asia/Baku
  • Qahirədə Qəzzə atəşkəsinin ikinci etapının müzakirələri başlanıb

Misir Qahirədə sionist rejimlə Həmas arasında atəşkəs razılaşmasının ikinci etapının müzakirələrinin başlandığını xəbər verib.

Sionist rejimlə Həmas hərəkatı arasındakı atəşkəs razılaşmasının qırx iki günlük ilk mərhələsinin şənbə günü başa çatacağı bir halda, hələ  atəşkəsin ikinci etapının icrası üzrə bir razılaşma əldə olunmayıbdır.

Bu əsasda, misirli rəsmilərin dediklərinə görə, İsrail ilə Həmas arasında Qəzzə atəşkəsinin ikinci etapının şəraitinin təyini üzrə müzakirələr başlanıb.

Bundan öncə sionist rejimin xarici işlər naziri Gideon Saar bildirmişdi ki, iki gün bundan sonra başa çatacaq atəşkəsin birinci etapının uzadılması üzrə müştərək zəminlərin olmasını araşdırmaq üçün bu rejimin nümayəndə heyəti Misirə səfər edəcək.