Qəzzədə müharibə yenidən başlasa, Təl-Əviv atəşə tutulacaq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i418842-qəzzədə_müharibə_yenidən_başlasa_təl_Əviv_atəşə_tutulacaq
Yəmənin Ənsarullah hərəkatının lideri Təl-Əvivi hədələyib ki, Qəzzə zolağında müharibə yenidən başlayarsa, işğal olunmuş Fələstin əraziləri atəşə tutulacaq.
(last modified 2025-03-02T06:19:17+00:00 )
Mart 02, 2025 10:18 Asia/Baku
  • Qəzzədə müharibə yenidən başlasa, Təl-Əviv atəşə tutulacaq

Yəmənin Ənsarullah hərəkatının lideri Təl-Əvivi hədələyib ki, Qəzzə zolağında müharibə yenidən başlayarsa, işğal olunmuş Fələstin əraziləri atəşə tutulacaq.

Seyid Əbdülməlik Bədrəddin əl-Husi müqəddəs Ramazan ayı münasibəti ilə etdiyi çıxışında əlavə edib: “Biz Fələstin xalqını və Fələstin qruplarındakı mücahid qardaşlarımızı və onların başında HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam batalyonlarını dəstəkləmək üçün qəti mövqeyimizi və dini, insani və mənəvi öhdəliyimizi vurğulayırıq”.Ənsarullah lideri sonra qeyd edib: “Biz İsrail rejiminin Qəzzədə atəşkəsdən yayınmaq və əsirlərin azad edilməsi ilə bağlı HƏMAS ilə razılaşmanın ikinci mərhələsinin tələblərindən yan keçmək səylərini izləyirik”.Yəmənin Ənsarullah Hərəkatının lideri vurğulayıb ki, müharibənin Qəzzəyə qayıdışı sionist düşmənin bütün varlığını boğacaq və Təl-Əviv kimi tanınan işğal olunmuş Yaffa atəşə tutulacaq.