Apr 21, 2025 13:40 Asia/Baku
  • Sionist rejim mediası: Ordu qüvvə çatışmazlığı ilə üzləşib

Sionist rejimin "Kan" televiziya kanalı, rejim ordusunun kadr çatışmazlığı ilə üzləşdiyini açıqlayıb.

Bu ivrit dilli kanal bildirib ki, sionist rejim ordusu Qolani və Givati Briqadalarının yeni əsgərlərini təlimsiz Qəzzədəki döyüş meydanına göndərir.

Məlumata əsasən bu hərbçilər dörd ay əvvəl orduya cəlb olunublar və lazımi təlimləri keçməmiş döyüş meydanına göndərilirlər.

Bundan əvvəl sionist rejim mediası rejim ordusunun çətin vəziyyətdə olduğu və sionist hərbçilərin döyüşməkdən imtina etməsi barədə məlumat yayıb.

Sionist rejimin “Haaretz” qəzeti bir xəbərdə belə yazıb: "İsrail ordusu Qəzzə zolağında hərbi əməliyyatların genişlənməsi səbəbindən ehtiyatda olan əsgərlərdə böhranın artması ilə bağlı xəbərdarlıq edib".

Sionist rejim mediası bildirib ki, çoxlu sayda ehtiyatda olan hərbçilər ordunun hərbi xidmətə qayıtmaq tələbi ilə qarşılaşdıqları zaman hərbi xidmətə qayıtmaqdan və Qəzzədə döyüşməkdən imtina edirlər.

Haarets əlavə edib: "Ordu həmçinin İsrailin atəşkəs razılaşmasını pozması və Qəzzə zolağında döyüşlərin yenidən başlamasından sonra ehtiyatda olan hərbçilərin əhval-ruhiyyəsinin azalması ilə bağlı xəbərdarlıq edib".

Bu elə bir haldadır ki, sionist rejimin "Yedioth Ahronoth" media orqanı bu yaxınlarda sionist rejim ordusunun zirehli bölməsinin ehtiyatda olan yüksək rütbəli zabitinə istinadən ifşa edib ki, Qəzzədə müharibənin yenidən başlamasına baxmayaraq, ordu döyüş meydanlarında iştirk etmək üçün lazımi canlı qüvvəni təmin edə bilmir.