Apr 28, 2025 21:14 Asia/Baku
  • İsrailin Qəzzəyə hücumları davam edir; Daha onlarla şəhid və yaralı var

Sionist rejimin döyüş təyyarələri və artilleriyasının Qəzzə zolağının müxtəlif bölgələrini hücumları davam edir və bu hücumların bərpasının 42-ci günündə onlarla fələstilinin şəhid olması və və yaralanması ilə nəticələnib.

Əl-Cəzirənin məlumatına görə, sionist rejimin qırıcıları Qəzzəyə hücumların bərpasının 42-ci günündə Zolağın müxtəlif bölgələrini bombalayıblar və işğalçı rejim ordusunun vəhşi hücumları nəticəsində son bir neçə saat ərzində onlarla fələstinli şəhid olub. 

İşğalçı ordu Qəzzə zolağında görünməmiş humanitar böhrana səbəb olan kəskin mühasirə ilə eyni zamanda Zolağda qalan yaşayış məntəqələrini şiddətli şəkildə bombalamağa davam edir. 

Fələstin müqaviməti də işğalçıların pusqusundadır və vaxtaşırı sionist hərbçilərə hücum edərək, onlara ölümcül zərbələr endirir.

Eyni zamanda, Əl-Cəzirə müxbiri bildirib ki, bazar ertəsi səhər Qəzzə zolağının mərkəzində Əl-Məğazi düşərgəsindəki bir evə İsrail ordusunun hücumu nəticəsində çoxlu sayda insan yaralanıb.