Sionist rejimin yeni cinayəti: Qida almağı gözləyən fələstinlilərə hücum
Bundan əvvəl Qəzzəyə yardımın daxil olmasına mane olan sionist rejim indi metodunu dəyişib və humanitar yardın alanları hədəfə alır.
Sionist rejim hərbçiləri bazar günü səhər Qəzzənin cənubundakı Əl-Məvasi bölgəsində humanitar yardım almağa gedən fələstinliləri bombalayaraq yeni cinayət törədib və 30-dan çox fələstinlini şəhid edib.
Bu hücum nəticəsində, həmçinin 170-dən çox mülki şəxs yaralanıb.
Əl-Məyadinin məlumatına görə, sionist rejimin siyasətləri nəticəsində aclıqdan əziyyət çəkən Qəzzə əhalisi humanitar yardımların paylanması məntəqəsinə toplaşmışar.
Bu qırğınla sionist rejimin dırnaqarası yardım paylama məntəqələrinə hücumlarının qurbanlarının ümumi sayı bir həftədən az bir müddətdə 47 şəhid və 275-dən çox yaralıya çatıb.
Ekspertlər bu əraziləri humanitar yardım məntəqələri deyil, kütləvi ölüm tələləri kimi xarakterizə edir; Bu ərazilərdə baş verənlər aclıqdan əziyyət çəkən mülki əhalidən bac almaq və onları aşkar ölüm bölgələrinə toplaşmağa məcbur etmək üçün yardımdan müharibə silahı kimi sistemli və dağıdıcı istifadədir.