HƏMAS Qətər və Misirin razılaşma cəhdlərini alqışladı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i420495-hƏmas_qətər_və_misirin_razılaşma_cəhdlərini_alqışladı
Fələstin İslam Müqavimət Hərəkatı (HƏMAS) bəyanat yayaraq Qətər və Misirin, sionist işğalçılarının Qəzzə zolağında Fələstin xalqına qarşı müharibəsini dayandırmaq məqsədilə göstərdiyi səyləri müsbət qarşıladığını bildirib.
(last modified 2025-06-02T09:25:56+00:00 )
İyun 02, 2025 08:25 Asia/Baku
  • HƏMAS Qətər və Misirin razılaşma cəhdlərini alqışladı

Fələstin İslam Müqavimət Hərəkatı (HƏMAS) bəyanat yayaraq Qətər və Misirin, sionist işğalçılarının Qəzzə zolağında Fələstin xalqına qarşı müharibəsini dayandırmaq məqsədilə göstərdiyi səyləri müsbət qarşıladığını bildirib.

HƏMAS bəyanatda vurğulayıb ki, hərəkat münaqişəli məqamlar üzrə razılaşmaya çatmaq məqsədilə dərhal dolayı danışıqlara başlamağa hazırdır.

Bu razılaşma Qəzzə xalqına humanitar yardımın təmin olunması, bölgədəki humanitar fəlakətin sona çatdırılması və nəticə etibarilə daimi atəşkəs və işğalçı qüvvələrin Qəzzədən tam çıxışı ilə yekunlaşmalıdır.

Bu kontekstdə Misir Xarici İşlər Nazirliyi də bildirib ki, xarici işlər naziri Bədr Əbdülatı ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkofla telefon danışığında Qəzzə zolağında atəşkəs və əsirlərin azad olunması üçün aparılan səyləri müzakirə edib.