Ənsarullah-ın baş rəsmisi: Qəsb olunmuş ərazilərə gedən gəmiləri batıracağıq
Biz işğal olunmuş Fələstin limanlarına giriş qadağasını pozan gəmiləri batıracağıq. Bunu, Yəmən Ənsarullah hərəkatının informasiya təşkilatının sədr müavini bildirib
Əlcəzirə telekanalına müsahibə verən Nəsirəddin Amir deyib: Biz heç bir tərəfi təhrik etmirik, amma, özümüzü müdafiə və Qəzzə zolağındakı qardaşlarımızı himayə edirik.
O, əlavə edib: Qəsbkar düşmənin Qəzzə zolağı əhalisini ac saxlamağı və öz cinayətlərini davam etdirdiyi bir halda, bizim əxlaqi vəzifəmiz, Qəzzəni himayə etməkdir.
Gəmilərin həbs olunmuş ekipaj üzvlərinin azad olunmaları barədə danışmaq, hələ tezdir- deyən Amir, əlavə edib: Ben-Qurioan adlandırılan Əllud hava limanına hücum, Qəzzə zolağındakı müqaviməti himayə çərçivəsindədir.
Yəmən silahlı qüvvələrinin sözçüsü bundan öncə/ Eylat adlandırılan işğal olunmuş Ummulrəşraş limanına gedən bir ticarət gəmisinin hədəfə alınıb, qərq edildiyini xəbər vermişdi