Suriyanın Hələb şəhərində partlayış; beş ölü
Suriya mediaları Dəməşq şəhərindən üç yüz əlli beş kilometr şimalda yerləşən Hələb şəhərinin şərqində güclü partlayış nəticəsində beş nəfərin öldüyünü bildiriblər.
Əlməyadin telekanalı yerli mənbələrə istinadla Hələbin şərqində- hava hücumundan müdafiə batalyonunda sursat anbarının partlamasından xəbər verib. Bildirib ki, partlayış nəticəsində beş mülki ölüb, on dörd nəfər də yaralanıb.
Yerli mənbələr həmçinin deyiblər ki, bu partlayış üzündən bir neçə ev ziyan çəkib.
Rusiya-Əlyəum telekanalı da Suriyanın şimal-qərbindəki Cəblə şəhərinin ətrafında yerləşən yüz yeddinci qoşunda partlayışın baş verməsindən xəbər verib.
Suriyanın rəsmi SANA informasiya agentliyi də xəbər veribdir ki, Hələbin Nirəb bölgəsində sabiq rejimdən qalmış hərbi silahların qalıqlarının partlaması nəticəsində on dörd nəfər yaralanıb, bir neçə ev də zərər çəkibdir.