Avq 24, 2025 11:36 Asia/Baku
  • Qəzzə müharibəsinin başlandığı gündən bəri 899 sionist hərbçi öldürülüb

İsrail rejimi ordusu Qəzzə müharibəsinin başlandığı gündən bəri bu rejim hərbçilərinin tələfatının sayını elan edib.

Sionist rejim ordusu bildirib ki, müharibənin başlanmasından bəri bu rejimin 899 zabiti və əsgəri öldürülüb və bu miqdardan 455 nəfər Qəzzə zolağında keçirilən quru əməliyyatları zamanı aradan götürülüb.

Sionist rejim ordusunun bəyanatına görə, hal-hazırda 167 hərbçi müalicə almaqdadır. Onların 165-i orta və ağır yara alıb.

Həmçinin sionist rejim ordusunun yaralılarının sayı müharibənin əvvəlindən bəri 6210 nəfərə çatıb; onların 925 nəfəri ağır şəkildə yaralanıb.

Yayılan statistikaya görə, təkcə Qəzzə zolağında keçirilən quru əməliyyatlarında 2880 hərbçi yaralanıb. Onların 552 nəfəri ağır vəziyyətdədir.

İsrail rejimi ordusu həmçinin etiraf edibdir ki, bu rejimin 78 hərbçisi müharibənin əvvəlindən bəri ya öz qüvvələri tərəfindən, ya da ki, əməliyyat hadisələri zamanı öldürülüb; belə bir şəraitdə 1998 nəfər də yaralanıbdır.