Avq 27, 2025 15:05 Asia/Baku
  • Hizbullahın baş katibi hərbi geyimdə görüntülənib

Müqavimətin silahları ilə bağlı müzakirələr şiddətləndiyi bir vaxtda Livan Hizbullahı çərşənbə axşamı hərəkatın baş katibini hərbi geyimdə göstərən bir video yayımlayıb.

Bu video ilə yanaşı Nəimm Qasimin müqavimət silahı ilə bağlı son açıqlamaları da yayımlanıb.

Naim Qasim son çıxışında ABŞ-ın Livandakı müdaxiləçiliyinə toxunaraq, deyib: Amerika Livana qarşı sanksiyalar tətbiq etməkdə davam edir və yenidənqurma işlərinə mane olur. Amerika Livanda fitnə alovlandırır və etibarediləsi deyil, əksinə Livan üçün təhlükədir. Amerika ölkəyə dəstək verən silahların qarşısını alır.

O, davamında əlavə edib: "Siz azadlıq bəxş edən silahı tərksilah etməyə çalışırsınız? Bizi düşməndən qoruyan silahdan əl çəkməyəcəyik. Biz imkan verməyəcəyik ki, İsrail öz halına buraxılıb, ölkəmizdə cövlan etsin. Silah bizim ruhumuz, şərəfimiz, torpağımız və ləyaqətimizdir".