Hizbullah İsrailin Yəmən rəsmilərinə qarşı terror cinayətini pisləyib
Livan Hizbullahı bir bəyanatda, Yəmən xalqına və Ənsarullah liderinə başsağlığı verib və sionistlərin Sənada hökumətin rəsmi iclasını hədəf alan və Yəmənin Dəyişiklik və Quruculuq Hökumətinin baş naziri və bir sıra digər nazirlərin şəhadəti ilə nəticələnən hücumunu bu rejimin qanlı keçmişinə əlavə edilən yeni cinayət hesab edib və vurğulayıb ki, bu pak qanlar müqavimətin, əzmkarlığın və sionist rejimə əbədi lənətin əlaməti olacaq.
Hizbullahın bəyanatında deyilir: Bu barbar təcavüz aktı, sionist rejimin qara keçmişinə əlavə olunan yeni cinayətdən başqa bir şey deyil. Qəzzə və Livandan tutmuş, Suriya, Yəmən və İrana qədər “uşaqların, qadınların, qocaların və müdafiəsiz mülki əhalinin qanına bulanmış keçmişinə.
Hizbullah vurğulayıb ki, sionist rejim tarixin ən faciəvi cinayətlərini törədib və soyqırım və blokada tətbiq etməklə dünyanın gözü qarşısında xalqları cana gətirib.
Hərəkatın bildirdiyinə görə, yəmənlilər blokada və ağır təcavüzlərlə üzləşmələrinə baxmayaraq, Qəzzəni dəstəkləmək və onun mühasirəsini aradan qaldırmaq üçün beynəlxalq ictimaiyyətin susduğu bir halda ən böyük fədakarlıqları ediblər.
Hizbullah bu qorxaq cinayətin yalnız Yəmən xalqı və rəhbərliyinin əzmkarlığını daha da gücləndirəcəyini və bu ölkənin şücaətli rəhbərlərini Qəzzəyə və Fələstin müqavimətinə dəstək mövqeyindən geri çəkə bilməyəcəyini vurğulayıb.