Noy 10, 2025 16:18 Asia/Baku
  • Rəfəhdə mümkün qarşıdurmanın məsuliyyəti İsrailin üzərindədir

HƏMAS-ın yüksək vəzifəli üzvü Məhəmməd Nəzzal bildirib ki, Rəfəhdə baş verə biləcək hər hansı yeni gərginliyə görə İsrail cavabdehdir və HƏMAS atəşkəs öhdəliklərinə sadiq qalıb.

Nəzzal deyib ki, HƏMAS atəşkəsə əməl edir və Rəfəhdə baş verəcək hər bir toqquşmanın məsuliyyəti İsrailin üzərinə düşür.

O, vasitəçi ölkələri Əl-Qəssam qüvvələrinin Rəfəhdə mövcudluğu məsələsinin həlli üçün addım atmağa çağırıb və müqavimət qüvvələrinin bu bölgədən çıxarılmasının gündəmdə olmadığını vurğulayıb.

Nəzzalın sözlərinə görə, vasitəçilər ABŞ-ın Qəzzədə beynəlxalq qüvvə ilə bağlı qətnamə layihəsində dəyişiklik etmək üçün Vaşinqtonla danışıq aparırlar. İsrail rejimi mənbələri isə təxminən 200 HƏMAS döyüşçüsünün Rəfəh tunellərində olduğunu iddia edirlər.