İraqın xalqı və siyasi rəhbərləri seçkilərdə iştirak ediblər
İraqın xalqı, həmçinin siyasi rəhbər və rəsmiləri bu günün səhər saatlarından seçki məntəqələrinə gedib, parlament seçkilərində iştirak ediblər.
İraq parlamentinə altıncı çağırış seçkiləri bu gün yerli vaxtla səhər saat yeddidə bütün İraqda başlanıb. Parlamentin üç yüz iyirmi doqquz yerinə namizədlər bir-birilərilə rəqabət aparacaqlar.
İraqın baş naziri Məhəmməd Əl-Şiya Əssudani bu gün xalqı bu ölkənin parlament seçkilərində iştiraka təşviq etmək üçün simvolik bir hərəkətdə, anası ilə birgə, seçkilərdə iştirak edib.
İraqda müstəqil ali seçki komissiyasının sözçüsü bildirib ki, seçki qutuları saat yeddi tamamda açılıb və axşam saat altı tamamda bağlanacaq.
O, hazırda seçkilərdə iştirak şəraitinə malik olanların ümumi sayını iyirmi milyon nəfərdən çox elan edib. Bildirib ki, onlar bütün İraqda otuz doqquz min seçki qutusuna şamil olan səkkiz min səsvermə mərkəzində öz səslərini seçki qutularına salacaqlar.
İraq parlamentinə altıncı çağırış seçkilərində özəl səsvermə isə, ötən bazar günü, noyabrın doqquzunda/ düşərgələrdə yerləşən didərginlərin, həmçinin hərbi və təhlükəsizlik qüvvələrinin iştirakı ilə keçirilib və seçkilərdə iştirak səviyyəsi, səksən iki faizdən çox elan olunub. İraqda müstəqil ali seçki komissiyası onu yüksək və misilsiz göstərici adlandırıb.Bottom of Form