Sionist rejimin Qəzzəyə qarşı hava hücumları davam edir
Sionist rejim Qəzzə atəşkəsini pozmaqda davam edir. Belə ki, bu rejim bu gün də qurudan və havadan həmin bölgənin müxtəlif hissələrinə qarşı geniş hücumlar keçirib.
Qəzzədəki təcili yardım mənbələri bildiriblər ki, sionist rejim ordusunun Qəzzə şəhərinin şərqində yerləşən Əlşucaiyyə məhəlləsindəki mənzillərə qarşı artilleriya hücumu nəticəsində bir nəfər şəhid olub, bir qrup insan da yaralanıbdır.
Qəzzə yardım və xilasetmə təşkilatının bildirdiyinə görə, İsrail rejimi qırıcılarının Xan Yunusun şərqində yerləşən “Bəni-Suheyla” bölgəsindəki bir mənzilə qarşı hücumlarında azı üç nəfər şəhid olub, bir qrup insan isə bədən xəsarəti alıbdır.
Əlcəzirə telekanalının müxbiri xəbər veribdir ki, İsrail rejiminin qırıcıları Xan Yunusun şərqindəki “sarı xətt”in daxilində yerləşən məhəllələri bir neçə dəfə bombardman ediblər.
Beyt-Lahiyada və Xan Yunusun cənub bölgələrində sionist rejimin hərbi avtomobilləri tərəfindən şiddətli atəşlərin açılması barədə də məlumatlar daxil olub.
Həmçinin, sionist rejim hərbçiləri Qəzzə şəhərinin şərqində yerləşən bir neçə mənzili partladıblar. Sionist hərbçilər habelə, Əlşucaiyyə məhəlləsinin şərqində yerləşən “Bədr” adlı məktəbin ərazisində güclü partlayıcı qurğunu işə salıblar.
Sionist rejimin Qəzzədə atəşkəsin elan olunmasına rəğmən, həyata keçirdiyi bu hücumlar, heç bir öhdəliyə və atəşkəsə sadiq qalmayan sözügedən rejimin vəhşi xislətini sərgiləyir.