Noy 22, 2025 16:25 Asia/Baku
  • Təl-Əviv vəziyyətə nəzarəti itirir və onun təhlükəsizlik sistemi dağılmaq üzrədir

Sionist rejimin "Maariv" qəzeti hərbi analitik Avi Aşkenazinin təhlilini açıqlayıb. Bu təhlildə vurğulanıb ki, İsrail rejimi təhlükəli şəkildə vəziyyətə nəzarəti itirir və sərhədlərdən silah qaçaqmalçılığı 7 oktyabr şokundan sonra təhlükəsizlik sisteminin zəifliyinin və daxili çöküşünün birbaşa göstəricisidir.

ŞAHAB xəbər agentliyinin məlumatına görə, hərbi analitik Avi Aşkenazi bildirib ki, "İsrail"in təhlükəsizlik qurumları tədrici dağılma mərhələsini yaşayır. Bu da əmrlərin yerinə yetirilməməsi, gizlətmə və yalan mədəniyyətinin yayılması, peşəkar qüvvələrin istefası ilə özünü göstərir. Nəticədə təcrübəli mütəxəssislər az təcrübəli şəxslərlə əvəz olunur və ordunun artan çətinliklərlə üzləşmək qabiliyyətinin azalmasına səbəb olub.

Onun sözlərinə görə, insanların qaçması,  yəni mütəxəssislərin istefası nəticəsində peşəkarlığı zəif olan şəxslər işə götürülür və bu da ordunun sürətlə dəyişən təhlükələrlə mübarizə qabiliyyətini zəiflədir.

Aşkenazi hesab edir ki, İsrail ən son model təyyarələri, gəmiləri və texnoloji imkanları əldə edə bilsə də, əgər dəyərlərə və peşəkar prinsiplərə sadiq ixtisaslı işçi qüvvəsi olmasa, hərbi üstünlüyünü qoruyub saxlaya bilməyəcək.

Sionist analitik, həmçinin xəbərdarlıq edib ki, silah qaçaqmalçılığı, nəinki qondarma İsraili qeyri-qanuni silahlarla üz-üzə qoyur, həm də ordu və polisin bu silahların cinayətkar dəstələrə ötürülməsi ilə bağlı yalanlarını ifşa edir və bu silahların bir hissəsi gələcəkdə "İsrail"ə qarşı istifadə oluna bilər.